Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və “İmkon” reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Leyla Əliyevaya mərkəzlərdə uşaqlara göstərilən təhsil, tibbi və sosial reabilitasiya xidmətləri barədə məlumat verilib.
Bildirilib ki, “İmkon” mərkəzlərində ixtisaslaşdırılmış məktəbəqədər təhsil, korreksiya məşğələləri, tibbi və sosial reabilitasiya, eləcə də ailələrə dəstək xidmətləri bir arada təqdim olunur. Bütün məşğələlər, prosedurlar və reabilitasiya proqramları ödənişsizdir.
Məktəbəqədər bölmələr 150 uşaq üçün nəzərdə tutulub. Burada 2–7 yaşlı uşaqların təhsili, korreksiya məşğələləri və gündə beş dəfə qidalanması təmin edilir.
Tanışlıq zamanı Leyla Əliyevaya xüsusi təchiz olunmuş kabinetlər, reabilitasiya zalları, sensor inteqrasiya və akvaterapiya məkanları, eləcə də uşaqların inkişafına yönəlmiş digər xidmətlər təqdim edilib. Uşaqlarla pediatrlar, ortopedlər, reabilitoloqlar, psixoloqlar, loqopedlər və defektoloqlar çalışırlar.
Qeyd olunub ki, layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keyfiyyətli xidmətləri əlçatan etməkdir.
Mərkəzlər şəbəkəsində 2025-ci ildə 546 mindən çox məşğələ və prosedur həyata keçirilib. 2019–2025-ci illərdə isə onların ümumi sayı 1,5 milyona yaxın olub.







ÖZBƏK ƏDƏBİYYATI: CƏNNƏT QAPISI (hekayə)
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Kənan Kərimzadə: Son illərdə təhsilə ayrılan vəsait əhəmiyyətli şəkildə artıb – MÜSAHİBƏ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Alyona Əliyeva ukraynalı uşaqlarla
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşü
Leyla Əliyeva Səmərqənddə açılışda
Səhiyyə Nazirliyi: ölkəyə qripə qarşı vaksinlər gətirilib
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
Oktyabrın 22-də gözlənilən hava şəraiti
Mətbuat Şurası xəbərdarlıq edir
Zəngilan Şəhər Günündə Plov Festivalı
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Yodun bir damlası, gələcəyin min ümidi
Yol polisindən sürücülərə müraciət
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət