



Bu ilin 9 ayında Mərkəzdə əlilliyi olan 400-dən çox uşağa reabilitasiya xidmətləri göstərilib.Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub.
Media nümayəndələrinə müəssisənin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Mərkəzdə əlilliyi olan uşaqların həm ambulator, həm də stasionar şəraitdə tibbi və sosial-psixoloji reabilitasiyası həyata keçirilir.
Son illər müəssisənin maddi-texniki imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən Mərkəzə bir sıra müasir reabilitasiya avadanlıqları hədiyyə edilib.Müəssisədə parafin müalicəsi, infroqırmızı şüa terapiya, mikro dalğa diatermiya, interferns terapiya, elektroforez, hovuz müalicəsi, fonoforez, miostimulyasiya, masaj, müalicəvi bədən tərbiyəsi, qalvanizasiya, elektrostimulyasiya və s. fizioterapevtik müalicə üsulları tətbiq edilir. Burada bərpa kursuna cəlb edilən hər bir uşaqla bağlı fərdi reabilitasiya proqramı tərtib olunur və bu proqram əsasında onların funksional bacarıqlarının inkişafına, gündəlik həyata və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.Cari ilin 9 ayında da Mərkəzdə əlilliyi olan 434 uşağa reabilitasiya xidmətləri göstərilib. Həmçinin “RehaBus” (Reabilitasiya Avtobusu) xidməti tərəfindən əlilliyi olan uşaqların ambulator və stasionar reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasına dəstək göstərilir.
Media nümayəndələri əlilliyi olan uşaqlar üçün Mərkəzdə yaradılmış şəraitlə, tətbiq olunan reabilitasiya üsulları, xidmət prosesi ilə yaxından tanış olublar.

“Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Püstəxanım Baharlı: “Fizioterapiya zamanı yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə alınmalıdır”
Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib
Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Alyona Əliyeva ukraynalı uşaqlarla
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşü
Leyla Əliyeva Səmərqənddə açılışda
Səhiyyə Nazirliyi: ölkəyə qripə qarşı vaksinlər gətirilib
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
Oktyabrın 22-də gözlənilən hava şəraiti
Mətbuat Şurası xəbərdarlıq edir
Zəngilan Şəhər Günündə Plov Festivalı
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Yodun bir damlası, gələcəyin min ümidi
Yol polisindən sürücülərə müraciət
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət