lider-media.az

Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib

Baxış: 247 Tarix: 30-05-2025, 16:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib. Media nümayəndələrinə bildirilib ki, ötən ilin may ayında istifadəyə verilən, müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş 25 çarpayılıq Mərkəzdə  əlilliyi olan uşaqların tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir.   Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək, musiqi terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.

Ötən dövrdə Şəmkir Uşaq Reabilitasiya Mərkəzində əlilliyi olan 5400-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Onlardan 4 minə qədəri ambulator, digərləri stasionar, həmçinin icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb edilib.

Media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətləri, burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olublar.

Qeyd edək ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı şəhərində 1 və 2 saylı, habelə Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi