lider-media.az

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib

Baxış: 129 Tarix: Сегодня, 15:30

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti İtaliyanın Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə keçirilən Ümumdünya Ərzaq Forumu 2026-da (World Food Forum 2026) iştirak edib.

Nümayəndə heyəti Qlobal Gənclər Forumunun (Global Youth Forum) açılış mərasimində iştirak edib, həmçinin forumun əsas istiqamətləri olan “Qlobal Gənclər Fəaliyyəti” (Global Youth Action), “Elm və İnnovasiya Forumu” (Science and Innovation Forum) və “Əl-Ələ” Təşəbbüsü üzrə İnvestisiya Forumu (Hand-in-Hand Initiative Investment Forum) çərçivəsində həyata keçirilən təşəbbüslərlə tanış olub.

“Bu gün innovasiya et, sabahı qidalandır” (Innovate Today. Nourish Tomorrow.) şüarı altında keçirilən Ümumdünya Ərzaq Forumu gənclərin innovativ ideyalarının dəstəklənməsinə və dayanıqlı aqrar-ərzaq sistemlərinin inkişafına həsr olunub.

Forum çərçivəsində nümayəndə heyəti Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri ilə görüşüb. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Fuad Musayev FAO-nun Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və Yəmən üzrə koordinatoru, həmçinin FAO-nun Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsi və “YALAFAST” təşəbbüsünün təsisçisi Ahmad Mukhtar, eləcə də FAO-nun nümayəndəsi Sabin Lamichhane ilə görüşlər keçirib. Görüşlərdə gənclərin aqrar sahədə rolunun artırılması, təşəbbüslərinin dəstəklənməsi və mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təşkilatın baş katibi Günətay İsmayılova müxtəlif ölkələrdən olan qeyri-hökumət təşkilatlarının nümayəndələrinə qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimat edib, iştirakçıların suallarını cavablandırıb.

Nümayəndə heyəti, həmçinin forumun sərgi məkanları və FAO-nun Baş Qərargahında yerləşən “Explore Learn Art” bölməsi ilə tanış olub.

Qeyd edək ki, Ümumdünya Ərzaq Forumu qlobal ərzaq təhlükəsizliyinin təmin olunması və dayanıqlı kənd təsərrüfatının inkişafı istiqamətində gənclərin təşəbbüslərini təşviq edən, innovasiyaları dəstəkləyən və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən beynəlxalq platformadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi