Jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması və mesajların göndərilməsi halları narahatlıq doğurur
Son günlər tanınmış jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur. Hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər.
Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırır. Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir. Xüsusilə, ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin, ictimai rəyi çaşdırmağı hədəfləyir.
Mətbuat Şurası bənzər hallarla qarşılaşan şəxslərə aşağıdakı addımları atmağı tövsiyə edir:
Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurun, hüquq-mühafizə orqanlarını məlumatlandırın. Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz.
Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə [email protected] elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın.
İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər.
Saxta hesabı WhatsApp platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin. Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur.
Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin.
Jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda, Azərbaycan Mətbuat Şurasını da məlumatlandıra və müvafiq dəstək üçün Şuraya müraciət edə bilərlər.
Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırır.


Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Prezidentin müsahibəsinin TAM MƏTNİ
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşü
Leyla Əliyeva Səmərqənddə açılışda
Səhiyyə Nazirliyi: ölkəyə qripə qarşı vaksinlər gətirilib
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
Oktyabrın 22-də gözlənilən hava şəraiti
Zəngilan Şəhər Günündə Plov Festivalı
2026-2027-ci il əkin mövsümündən etibarən yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq olunacaq
Yodun bir damlası, gələcəyin min ümidi
Yol polisindən sürücülərə müraciət
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava
Dövlət Xidməti Masallıda gənclər üçün tədbirlər keçirib
İqtisadiyyat nazirinin müavini Ağdam rayonunda vətəndaşları qəbul edəcək
Vətən müharibəsinin iyirmi beşinci günü: Mincivanın azadlığı Zəfərə aparan yolu daha da yaxınlaşdırdı
Xocalı rayonu Ballıca və Xanyurdu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanır
Xaçmazda fındıq bağlarını dövlət dəstəyi ilə sığortalamaq mümkündür
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Aqrar sahədə maarifləndirici tədbirlər davam etdirilir

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət