


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışından 5 il ötür. 22 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan Mərkəz çoxşaxəli fəaliyyəti ilə seçilir və inklüziv cəmiyyətin inkişafına mühüm töhfə verir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan bu Mərkəzdə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər həssas qruplara aid şəxslərin bacarıqlarının inkişafına, reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır. Mərkəzin İsmayıllı və Bərdədə DOST Evi filialları da fəaliyyət göstərir ki, həmin filalallarda müvafiq bölgələrdə yaşayan həssas qrupların yaradıcı potensialı inkişaf etdirilir.
Bu vaxtadək DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində və filiallarında 1106 benefisiara xidmət göstərilib və hazırda 380-dən çox benefisiar bacarıqlarını inkişaf etdirir
Ötən dövrdə Mərkəz həssas kateqoriyalardan olan şəxslərin sosial-psixoloji reabilitasiya keçdiyi, özünə inamını bərpa etdiyi, cəmiyyətə inteqrasiya olunduğu və məşğulluq imkanlarını genişləndirdiyi unikal platformaya çevrilib. Bu məqsədə nail olmaq üçün 200-dən artıq tədbir və sosial təşəbbüslər reallaşdırılıb. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimləri uğurla başa vuran 17 məzun Mərkəz və filiallarında təlimçi və sosial agent kimi fəaliyyətə cəlb olunub, 20-dən çox məzun ölkəmizin aparıcı ali təhsil ocaqlarında ali təhsil alır. Mərkəzin benefisiar və təlimçilərindən 3 nəfəri Prezident mükafatçısıdır. Həssas qruplardan olan müəlliflərin yaradıcılıq potensialının və əməyinin dəyərləndirilməsi məqsədilə Mərkəzin dostart.az elektron satış portalı istifadəyə verilib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri bir sıra nüfuzlu beynəlxalq tədbirlərdə də nümayiş etdirilib.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi, sosial müəssisələrlə tanış olub
DƏYƏRLİ BİR ÖMRÜN HƏYAT HEKAYƏSİ
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən Ümumdünya Sammitində iştirak edib
O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək
“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
Naxçıvan Uşaq Bərpa Mərkəzinə mediatur təşkil olunub
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada
Leyla Əliyeva Səmərqənddə “Əbədi şəhər” kompleksi ilə tanış olub
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Alyona Əliyeva ukraynalı uşaqlarla
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşü

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət