lider-media.az

İqlim Dəyişikləri üzrə Mərkəz COP29 ilə bağlı gözlənrilərini açıqlayıb

Baxış: 441 Tarix: 6-06-2024, 18:44

İqlim Dəyişikləri üzrə Mərkəz COP29 ilə bağlı gözlənrilərini açıqlayıb

Yeni iqlim maliyyəsi hədəfinə nail olmaq özəl sektorun iştirakını tələb edir.

Lider-media.az xəbər verir ki, bu sözləri İqlim Dəyişikləri üzrə Mərkəzin (CACE) direktoru Aleksandra Sözer Bakı Enerji Forumunun ikinci günündə “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi” mövzusunda keçirlən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, daha çox maliyyə resurslarına ehtiyac var.

“İqlim maliyyələşdirilməsində özəl sektorun iştirakı lazımdır. COP29-la bağlı gözləntilərim budur ki, konfransda enerji keçidində özəl sektorun fəal iştirakının vacibliyinə əlavə diqqət yetiriləcək. Başa düşülməli amillərdəndir ki, neft-qaz şirkətləri texnoloji amilləri ortaya qoymaqla emissiyanı azaltmalıdır, buna fürsət kimi baxmalıdır. Yeni texnologiyalardan istifadə dayanıqlığı yüksəldəcək”, - deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi