lider-media.az

Bayden 6 iyun tarixini Milli Anım Gün elan edib

Tarix: 6-06-2024, 15:07

Bayden 6 iyun tarixini müttəfiqlərin Normandiyaya çıxarılmasının 80-ci ildönümü münasibətilə Milli Gün elan edib

Ağ ev ABŞ Prezidentinin Normandiya desantının 80 illiyi və Avropada ikinci cəbhənin açılması ilə bağlı bəyanat yayıb.

Lider-media.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden iyunun 5-də 2024-cü il iyunun 6-sı tarixini Müttəfiq qüvvələrin Normandiyaya çıxarılmasının 80-ci ildönümünü münasibətilə Milli Anım Günü elan edib. Bu barədə Ağ evin yaydığı rəsmi məlumatda deyilir.

Bəyanatda qeyd edilir: “Mən bütün amerikalıları cəbhədə döyüşənləri və həlak olanları şərəfləndirmək üçün proqramlarda, mərasimlərdə və tədbirlərdə iştirakla bu əlamətdar günü qeyd etməyə çağırıram ki, onların tanımadığı digər kişilər və qadınlar da azad olmağın nə demək olduğunu bilsinlər”.

Prezidentin müraciətində vurğulanır: “1944-cü il iyunun 6-da axşam ABŞ-ın o vaxt prezidenti olmuş Franklin Ruzvelt ölkəyə müraciət etdi. Həmin vaxt Avropada İkinci Dünya müharibəsi gedirdi və Hitler qitənin böyük hissəsini idarə edirdi. Azadlıq və demokratiya bütün dünyada təqiblərə məruz qalıb. Lakin bu gün Normandiya sahillərində 73.000 Amerika əsgəri bütün zamanların ən böyük hərbi missiyalarından birinə - “D-Day” kimi tanınacaq bir missiyada Müttəfiq qüvvələrinə qoşuldu”.

Azad dünyanın taleyinin onun əlində olduğunu dərk edən Prezident Ruzvelt dövlətimizin, dinimizin və xalqımızın müdafiəsi uğrunda mübarizənin ağır yükünü öz üzərinə götürən bu cəsur hərbçilərin gücünə dua etməyi xalqımızdan xahiş etdi. O, bunu sivilizasiya və əzab çəkən bəşəriyyətin azadlığı üçün etdi. “D-Day” gününün 80-ci ildönümündə bu hərbçilərə cəsarət və fədakarlıqlarına görə təşəkkür edirik. Gəlin, onların qitənin azad edilməsində və dünyanı xilasında göstərdikləri qəhrəmanlıqlara ehtiramla yanaşaq. Gəlin, özümüzü onların uğrunda mübarizə apardıqları və bir çoxunun həlak olduğu gələcəyə həsr edək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi