lider-media.az

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi prioritetdir

Baxış: 579 Tarix: 4-06-2024, 21:17

   Bu sözləri Baş prokuror Kamran Əliyev “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

  Bildirilib ki, tarixi bağlarımız, ortaq dinimiz və dilimizlə qardaşlıq münasibəti olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi prioritet məsələlərdəndir.

  Qeyd edilib ki, 1 noyabr 2021-ci il tarixində Bakıda Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biri idi. Bu şura üzv ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcək və effektiv fəaliyyət göstərmələrinə imkan verəcəkdir. 

  “Sahəvi dövlət qurumlarını birləşdirən şuralar türk dövlətləri arasında effektiv əməkdaşlığın inkişaf etdirilməsi üçün təqdirəlayiq platformadır. Bu şuralar vasitəsilə türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq daha da irəli gedəcəkdir” – deyə Baş prokuror əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi