AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) şəhərsalma ənənələri, qədim yaşayış məskənləri, tarixi abidələr və müasir urbanistik inkişaf tendensiyalarının təbliği, eləcə də bu istiqamətdə nəşr olunmuş elmi ədəbiyyatın geniş auditoriyaya çatdırılması məqsədilə “Şəhərsalma və Memarlıq İlinə” həsr olunmuş virtual sərgi hazırlanıb.
MEK-dən verilən məlumatda bildirilib ki, virtual sərgidə Ümummilli Lider Heydər Əliyevin memarlıq haqqında dəyərli fikirləri, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13), tarixi abidələr, müasir memarlığın əsas nümünələri, görkəmli memarlar haqqında məlumatlar öz əksini tapıb.
Sərgidə Azərbaycan memarlıq məktəbinin müxtəlif dövrlərini əhatə edən elmi monoqrafiyalar, ensiklopedik nəşrlər, albomlar, memarlıq tədqiqatları, şəhərsalma layihələri və tarixi-mədəni irsə dair ingilis, rus, alman, türk və başqa dillərdə nəşrlər nümayiş olunur.
Nəşrlər sırasında “Heydər Əliyev və Bakının memarlığı”, “Memarlıq və şəhərsalma. Ensiklopedik lüğət”, “Qərbi Azərbaycan abidələri”, “Memarlıq, şəhərsalma tarixi və bərpası”, “Eurovision Bakıda”, “Stone guards (Daş keşikçilər)”, “Orta əsrlər Azərbaycan memarlıq məktəblərinin əlaqələri”, “Azərbaycan memarlığı XIX əsrin sonu – XXI əsrin əvvəli”, “Mədəniyyətlərin beşiyi: Təbriz”, “Tovuz memarlığı”, “İçərişəhər”, “Füzuli”, “Naxçıvan memarlıq məktəbi”, “Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində”, “Azərbaycanın memarlıq abidələri”, “Şərq memarlığı ənənələri”, “Bakı memarları” və başqaları yer alıb.
Bundan əlavə, MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi də təşkil edilib. İlboyu davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrlərdən memarlıq və şəhərsalma sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, müəllim və tələbələr, həmçinin milli-mədəni irsimizə maraq göstərən bütün oxucular yararlana bilərlər.



Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
AMEA Rəyasət Heyətinin iclası keçirilib
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏRKƏZİ ELMİ KİTABXANASININ 100 İLLİK İNKİŞAF YOLU
Milli Məclisin 2025-ci ilin yaz sessiyası başa çatıb
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Ahılların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bir gün biz də onların yerində olacağıq
Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
AQEM Media Forumunun iştirakçılarına
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər