lider-media.az

Beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir

Baxış: 232 Tarix: 2-02-2024, 17:55


Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. 

  Belə ki, cari il fevral ayının 1-də “Azərbaycan İnvestisiya Holdinqi (AİH) və portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” layihəsi çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Dünya Bankının ekspertlərindən ibarət nümayəndə heyətinə rəhbərlik edən Talisa zur Hausen ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində görüş keçirilmişdir. 

  Layihə çərçivəsində OECD tərəfindən AİH və onun portfelində olan dövlət müəssisələrində mülkiyyət, korporativ idarəetmə və tənzimləmə məsələləri qiymətləndirilməklə beynəlxalq standartlara uyğun tövsiyələrin verilməsi nəzərdə tutulur. 

  Keçirilmiş görüş zamanı nümayəndələrimiz tərəfindən sözügedən sahəyə xarakterik hüquqpozmaların araşdırılması üzrə ixtisaslaşdırılmış prokurorluq orqanının təcrübəsinə istinad edilməklə xarici ekspertləri maraqlandıran suallar cavablandırılmış, habelə ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, beynəlxalq əməkdaşlıq və korrupsiyaya qarşı mübarizə siyasətinin digər aspektləri ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi