lider-media.az

Azərbaycan və Türkiyənin ombudsmanları Lefkoşaya səfər edəcəklər

Baxış: 343 Tarix: 20-05-2024, 16:00

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının baş ombudsmanı Şeref Malkoç mayın 21-də, çərşənbə axşamı Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərinə səfər edəcəklər

Lider-Müdia.az AZƏRTAC-a əsasən xəbər verir ki, ŞKTR ombudsmanı İlkan Varol səfər proqramı ilə bağlı ictimaiyyətə məlumat verib.

ŞKTR ombudsmanı aparatından bildirilib ki, ŞKTR Prezidenti Ersin Tatar iki qardaş ölkənin ombudsmanlarının nümayəndə heyətlərini qəbul edəcək.

Bununla yanaşı, Lefkoşada ŞKTR parlamentinin spikeri Zorlu Töre və Baş nazir Ümal Üstel ilə görüşlər də keçiriləcək.

Şimali Kiprin paytaxtında, həmçinin Türkiyə, ŞKTR və Azərbaycan ombudsmanlarının üçtərəfli görüşü olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi