lider-media.az

Şimali Kipr üç qardaş ölkənin maraqları naminə Türkiyə və Azərbaycanla imkanları birləşdirməyə hazırdır

Baxış: 145 Tarix: 29-04-2024, 07:58

Lider-media.az xəbər verir ki, bunu ŞKTC Parlamentinin sədri Zorlu Töre İstanbulda Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Fəzail İbrahimli ilə görüşündən sonra deyib.

Z.Töre üç ölkənin parlamentlərarası əlaqələrinin inkişafından məmnunluğunu ifadə edərək bildirib ki, may ayında Lefkoşaya Türkiyə və Azərbaycandan parlamentlərarası dostluq qruplarının üzvləri səfər edəcəklər.

“İki qardaş ölkənin parlamentarilərinin qarşıdakı səfərləri “Bir millət, üç dövlət” deyimi nöqteyi-nəzərindən dövlətlərarası əlaqələrin inkişafına töhfə verəcək. ŞKTC, Türkiyə və Azərbaycan enerji, iqtisadi və siyasi sahələrdə imkanlarını birləşdirə bilərlər”, - deyə Şimali Kipr Türk Respublikası Parlamentinin spikeri açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi