lider-media.az

Qərbi Azərbaycan İcması ATƏT-i Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb

Baxış: 253 Tarix: 14-05-2024, 21:07

Qərbi Azərbaycan İcması ATƏT-i Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqa məktub göndərərək ATƏT-i Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb.

İcmadan bildiriblər ki, məktubda Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin, məscidlərinin, qəbiristanlıqlarının və digər müqəddəs yerlərinin dağıdılması barədə məlumat verilir. Ə.Ələkbərli Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas məqsədinin Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmalarını təmin etmək olduğunu vurğulayıb. Məktubda İcmanın beynəlxalq hüquqa, o cümlədən dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı, qayıdış məsələsi ilə bağlı Ermənistan ilə dialoqa hazır olduğu bildirilir və Ermənistanın dialoqdan boyun qaçırdığı təəssüflə qeyd edilir.

Ə. Ələkbərli, həmçinin ATƏT-in tədbirlərində Qərbi Azərbaycan İcmasının iştirakına Ermənistanın əngəl törətməyə çalışması faktlarını diqqətə çatdırıb, ATƏT-i Ermənistanın ifadə azadlığı və vətəndaş cəmiyyətinin fəaliyyətinə qarşı olan bu cəhdlərini pisləməyə çağırıb.

Məktubun əsli İcmanın nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan Televiziyası” kanalının müxbiri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıda Azərbaycanın xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında ona təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi