lider-media.az

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Baxış: 623 Tarix: 7-05-2024, 10:33

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqu keçirilir.

Lider-media.az xəbər verir ki, DİM dialoqunun məqsədi maraqlı tərəflər, o cümlədən hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları üçün bilikləri stimullaşdırmaq, beynəlxalq qabaqcıl təcrübələri təqdim etməkdir. Həmçinin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun olaraq, Azərbaycanın 2030-cu il Strategiyası çərçivəsindəki milli prioritetlərin icrasında Azərbaycan Hökumətinə və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına praktiki dəstək vermək və innovativ həllərə şərait yaratmaq üçün platforma funksiyasını yerinə yetirmək məqsədi daşıyır.

Hər DİM Dialoqu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə məsləhətləşmə şəraitində seçilmiş xüsusi mövzuya həsr olunur.

2022-ci ilin noyabr ayından bəri 3 DİM dialoqu keçirilib. İlk DİM dialoqu "Azərbaycanda yaşıl transformasiya", ikincisi "2030-cu ilə doğru: Azərbaycanda sosial- iqtisadi inklüzivlik", üçüncüsü isə "2023-cü ilin Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu" mövzusuna həsr olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi