lider-media.az

“Qəbələ” klubu baş meneceri ilə yollarını ayırıb

Baxış: 337 Tarix: 30-01-2024, 14:31


"Qəbələ" klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.

Premyer Liqa təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, 2021-ci ilin dekabrından bu vəzifəni tutan funksioner öz istəyi ilə “qırmızı-qaralar”dan ayrılıb.

2006-cı ildən klubda işləyən N.Kərimov mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Onun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalar dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb.

Kərimov baş menecer kimi əsas komanda ilə ötən mövsüm Azərbaycan kubokunun qalibi adını qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi