lider-media.az

Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb

Baxış: 813 Tarix: 27-01-2024, 14:59


Beynəlxalq Şahmat Federasiyası ( FIDE) 2023-cü ilin ən yaxşı məşqçilərinin adlarını açıqlayıb.

AZƏRTAC FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın beynəlxalq qrossmeysteri, əməkdar məşqçisi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşısı kimi Mark Dvoretski mükafatına layiq görülüb.

Qeyd edək ki, C.Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi