lider-media.az

Azərbaycanda oynamış futbolçu: Bakı indiyədək yaşadığım ən yaxşı şəhərlərdən biridir

Baxış: 87 Tarix: 27-01-2024, 15:07


“Azərbaycanda keçirdiyim iki ili böyük məmnunluqla xatırlayıram”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Qəbələ”də çıxış etmiş Estoniya millisinin futbolçusu Sergey Zenyov Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib.

34 yaşlı hücumçu ölkəmizin və formasını geyindiyi klubun xoş sözlərə layiq olduğunu bildirib: “Azərbaycan möhtəşəm ölkədir. Bakı isə bəlkə də karyeram ərzində yaşadığım ən yaxşı şəhərlərdən biridir. Xoşbəxtəm ki, ölkənizdə səmimi dostlar qazandım”.

Təcrübəli forvard “Qəbələ”nin heyətində keçirdiyi oyunları unuda bilmədiyini söyləyib: “Bu komanda ilə tarixi nəticələr əldə etdik. Ardıcıl iki il Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq. Bir çox güclü rəqiblərə qalib gəldik. Məğlub edə bilmədiyimiz klublarla isə maraqlı oyunlarımız oldu. Təəssüf ki, Azərbaycan Premyer Liqasında çempionluğa yaxın olsaq da, bu titulu qazana bilmədik”.

O, Avropa Liqasında Almaniyanın “Borussiya” (Dortmund) klubuna qarşı keçirdikləri oyunu xüsusi fərqləndirib: “Bütün matçlarımız gözəl alınırdı. Lakin ən maraqlısı Dortmund “Borussiya”sına qarşı səfərdə keçirdiyimiz görüş olmuşdu. “Siqnal İduna Park” stadionunda 70 min azarkeş möhtəşəm atmosfer yaratmışdı”.

S. Zenyov “Qəbələ”dəki ən yaddaqalan qolunu da açıqlayıb: “Bütün qollarım maraqlı idi. Ancaq birini xüsusi qeyd edə bilərəm. Bu, 2015-ci ildə Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakıda Serbiyanın “Çukariçki” klubuna vurduğum iki qoldur. Səfərdəki matçda 0:1 hesabı ilə uduzsaq da, Azərbaycanda keçirilən qarşılaşmada rəqibi 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanmışdıq”.

Qeyd edək ki, 2015-2017-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Sergey Zenyov 74 matçda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi