Anar Bağırov: Ölkədə vəkillərin sayı 2701 nəfərə çatacaq

Azərbaycanda vəkillərin sayı ilbəil artır. 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində imtahanlarda iştirak edən 6 min 70 namizəddən 1820-si uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Vəkillər Kollegiyanın (VK) üzvü olub. Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək kollegiyaya qəbul olunacaq. Bu barədə VK-nın sədri Anar Bağırov vəkilliyə namizədlərin andiçmə mərasimində çıxış edərkən bildirib.
O deyib ki, andiçmə mərasimindən sonra ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatacaq: "Namizədlərdən 60-ı kişi, 32-si qadındır. Onlardan 20-si regionlarda, 72-si paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 580 nəfərə çataraq, ümumi üzvlərin 21 faizini təşkil edəcək. O cümlədən 1 hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib", - deyə A. Bağırov vurğulayıb.
O əlavə edib ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində VK-nın baş ofisinin - Vəkil Evinin açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||