Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması və vəkillik institutunun inkişaf etdirilməsi ilə bağlı tövsiyələri çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) tərəfindən üzvlüyə qəbul prosesi ardıcıl və sistemli şəkildə davam etdirilir. Bu çərçivədə tam şəffaflıq və obyektivlik prinsipləri əsasında ixtisas imtahanlarının təşkili təmin olunub.
Bu barədə ARVK-nın mətbuat xidmətindən verilən məlumatda bildirilib. İyunun 11-də isə yazılı və şifahi mərhələlərdə uğur qazanmış 88 vəkilliyə namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimə start verilib.
Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov vəkilliyə namizədlərə uğurlar arzulayıb, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin vacibliyini vurğulayıb.
O, VK ilə Ədliyyə Akademiyası arasında imzalanmış əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışaraq, bu çərçivədə həyata keçirilən pulsuz hüquqi yardım təşəbbüsünün cəmiyyət üçün xüsusi dəyər daşıdığını bildirib. Prorektor qeyd edib ki, Kollegiya son illərdə müstəqil və nüfuzlu təsisat kimi sürətlə inkişaf edib, vəkil sayı isə üç dəfədən çox artıb.
Elçin Xələfov vurğulayıb ki, Kollegiyanın ədalət mühakiməsində iştirak edən digər qurumlarla qurduğu səmərəli əməkdaşlıq möhkəm hüquqi təmələ söykənir və bu əməkdaşlıq hüquq sisteminin inkişafında mühüm rol oynayır. Təlim proqramının məzmun baxımından zəngin və fərqli olduğunu qeyd edən prorektor bir ay ərzində əsas diqqətin praktik bacarıqların inkişafına yönələcəyini, eyni zamanda bura təlimçi vəkil və hüquqşünasların cəlb olunacağını bildirib.
VK Rəyasət Heyətinin sədri Anar Bağırov təlimin açılışında çıxış edərək vəkilliyə namizədləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sədr bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, həm də peşə hazırlığının gücləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Nəzərə çatdırılıb ki, təlim proqramı müasir hüquqi çağırışlara cavab verir və gələcək vəkillərin ədalətə çıxış imkanlarını genişləndirməkdə mühüm rol oynayacaq.
Anar Bağırov deyib ki, vəkilliyə qəbul üzrə test imtahanları VK və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin sədr əlavə edib ki, ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması üçün videoyazı sistemi tətbiq olunur və bütün namizədlərə eyni məzmunlu suallar təqdim edilir.
İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu diqqətə çatdıran sədr icbari təlimdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından 85, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından isə 3 vəkilliyə namizədlərin iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, vəkilliyə namizədlərdən 29 nəfər qadın, 56 nəfər isə kişidir, o cümlədən onlardan 79 faizi 40 yaşadəkdir. Namizədlərin 61 faizi Bakı, 39 faizi isə regionlardandır. Bu göstəricilər regionlarda hüquqi yardımın əlçatanlığının artmasına şərait yaradır. Həmin şəxslərin bəziləri onlayn qaydada iştirak edir.
Həmçinin Anar Bağırov son illərdə Kollegiyada mühüm islahatların həyata keçirildiyini, vəkil sayının artırıldığını, institutun cavanlaşdırıldığını və tədris proqramlarının daha məqsədyönlü və effektiv hala gətirildiyini xüsusi vurğulayıb. Ədliyyə Akademiyası ilə birgə hazırlanan bu proqramlar vəkil namizədlərinin hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini söyləyən sədr təlimlərin yüksək səviyyədə təşkil edilməsinə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə təşəkkür edib.
Eyni zamanda VK-nın nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyünü və yerli dövlət qurumları ilə səmərəli əməkdaşlığını qeyd edən sədr vəkillik institutunun təşəbbüslərinin dövlət tərəfindən tam dəstəkləndiyini vurğulayıb.
Anar Bağırov çıxışının davamında vəkillərin peşə borcunu vicdanla yerinə yetirməli olduqlarını, etik davranış kodeksinə riayət etməli və vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli olduqlarını xüsusi ilə xatırladıb. Sədr formal fəaliyyət və qeyri-prosessual davranışların institutun nüfuzuna zərər vurduğunu və Kollegiyanın bu cür hallara qarşı barışmaz mövqe tutduğunu diqqətə çatdırıb.
Tədbirdə vəkillik institutunun inkişafı istiqamətində görülən işlər və qarşıya qoyulan mühüm hədəflər barədə ətraflı məlumat verən Anar Bağırov Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini xüsusi qeyd edib. Sədr bu Sərəncamın vəkilliyin inkişaf istiqamətlərini müəyyən etdiyini və ölkədə vəkil sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olduğunu söyləyib.
Daha sonra Anar Bağırov “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzə ilə çıxış edib. Mühazirə zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb