lider-media.az

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual oyun keçirilib

Baxış: 242 Tarix: 19-06-2025, 16:53

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilib. İqtisadiyyat Nazirliyində 2025-ci il “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Yarışda Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 20 komanda iştirak edib. İştirakçılar müxtəlif mövzularda təqdim olunan sualları cavablandıraraq məntiq, dünyagörüşü, operativ düşünmə, komanda işi, ünsiyyət və qərarvermə bacarıqlarını nümayiş etdiriblər.

Maraqlı və rəqabət şəraitində keçən yarışın sonunda qalib komandalara diplom və mükafatlar təqdim olunub. Qeyd edək ki, intellektual oyunun təşkilində məqsəd əməkdaşlar arasında kommunikasiya və komanda ruhunu gücləndirmək, bilik və bacarıqlarının inkişafını stimullaşdırmaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi