lider-media.az

“ASAN xidmət”in İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Baxış: 277 Tarix: 19-06-2025, 11:07

“ASAN xidmət”in İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

“AzInTelecom”danverilən məlumata görə, İnnovasiyalar Mərkəzinin əsas rəqəmsal resursları “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə qismən yerləşdirilib. “AzInTelecom” tərəfindən İnnovasiyalar Mərkəzinə “Virtual server – IaaS” (İnfrastructure-as-a-Service) və “Rezervlənmə – BaaS” (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin edilib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı əsas və Yevlax ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi