lider-media.az

Oğuz-Qəbələ-Bakı su xəttində baş verən qəza aradan qaldırılıb

Baxış: 3 Tarix: 18-06-2025, 18:12

Oğuz-Qəbələ-Bakı su xəttində baş verən qəza aradan qaldırılıb

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəza aradan qaldırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumatda bildirilib ki, hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb.

Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb.

“Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək. Xüsusilə diqqətə çatdıraq ki, irihəcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas vaxt aparan mərhələ - magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələləridir. Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır”, - deyə xidmətin yaydığı məlumatda bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi