lider-media.az

Azərbaycan əsgərinə elmin dəstəyi

Baxış: 99 Tarix: 17-06-2025, 20:57

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 15 iyun 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşüb.  Şəxsi heyət qarşısında çıxış edən AMEA prezidenti Milli Qurtuluş Günü münasibətilə əsgər və zabitləri təbrik edib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı və mübarizəsi ilə bağlı olan bu əlamətdar tarixi günün siyasi-tarixi mahiyyəti və əhəmiyyətindən söz açıb. Görüşdə ölkəmizdə Milli Qurtuluşdan ərazi bütövlüyünə və dövlət suverenliyinə qədər keçilən məsuliyyətli yolun şərəfli salnaməsinin əlamətdar hadisələri barədə əsgərlərə məlumat verilib.  Akademik İsa Həbibbəyli əsgərlərə Aşıq Ələsgərin, Cəlil Məmmədquluzadənin və Qurban Səidin kitablarını hədiyyə edib, ərzaq yardımı kimi əsgər sovqatı verib. AMEA prezidenti əsgərlərin yaşayışı ilə tanış olub və onlarla birlikdə nahar edib.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi