lider-media.az

ABŞ-ın müdafiə naziri Pentaqona işə qayıdıb

Baxış: 227 Tarix: 29-01-2024, 20:20


ABŞ-ın müdafiə naziri Lloyd Ostin tibbi əməliyyatdan sonra yaranan ağırlaşmalara görə müalicəsini başa vuraraq bu gün Pentaqona işə qayıdıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir. Nazir yanvarın 15-də Valter Rid adına Milli Hərbi Tibb Mərkəzini tərk etdikdən sonra öz vəzifələrini evdən yerinə yetirirdi.

Dekabrın əvvəlində Ostinə prostat xərçəngi diaqnozu qoyulmuşdu. O, dekabrın 22-də “minimal invaziv cərrahi əməliyyat” keçirmişdi. Bununla belə, yanvarın 1-də Pentaqon rəhbəri ağırlaşmalarla - qarın, bud və ayaq nahiyəsində şiddətli ağrılarla xəstəxanaya yerləşdirilmişdi. Bu dəfə onda sidik yollarının infeksiyası aşkarlanmışdı.

Eyni zamanda, müdafiə naziri yanvarın 4-dək ABŞ administrasiyasını xəstəxanaya yerləşdirilməsi barədə məlumatlandırmayıb. Ostin daha sonra bəyanat yayaraq, Ağ evə məlumat verməməklə səhvə yol verdiyini etiraf edib.

Lloyd Ostin xəstəxanaya yerləşdirilməsinə dair ifadə vermək üçün Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinə çağırılıb. Bununla bağlı dinləmələr fevralın 14-nə təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi