lider-media.az

Dövlət Gömrük Komitəsi Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərə aydınlıq gətirib

Tarix: 25-01-2024, 23:32


Dövlət Gömrük Komitəsi Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərə aydınlıq gətirib.

AZƏRTAC xəbər verir ki, Komitənin bununla bağlı yaydığı məlumatda deyilir:

Sosial şəbəkələr üzərindən Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərlə bağlı söylənilən mülahizələrdə Dövlət Gömrük Komitəsi aşağıdakı məlumatların nəzərə alınmasını ümumi mənzərənin daha düzgün təfsirinə faydalı olacağını bildirir.

Azərbaycanda xarici ticarətin gömrük statistikası BMT-nin Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır.

Sözügedən metodologiyaya uyğun olaraq idxal edilən malların həcminin coğrafi bölgüsü - malın mənşə ölkəsi üzrə, ixrac olunan malların coğrafi bölgüsü - malın təyinat ölkəsi üzrə aparılır.

Başqa sözlə, Azərbaycanın Gürcüstandan idxal göstəriciləri həmin ölkə və digər ölkələrdən idxal olunmuş Gürcüstan mənşəli mallar əsasında, ixrac göstəriciləri isə Azərbaycandan yerli və digər ölkə mənşəli malların Gürcüstana ixracı əsasında formalaşır.

2023-cü il ərzində Dövlət Gömrük Komitəsinin məlumat bazasında Azərbaycana idxal olunmuş Gürcüstan mənşəli malların dəyəri 126 milyon ABŞ dolları təşkil etsə də, Gürcüstanın www.geostat.ge  veb-səhifəsində yayımladığı ilkin xarakterli məlumatlarda (preliminary data) Azərbaycana ixrac olunmuş malların dəyəri 862 milyon ABŞ dolları göstərilib.

Lakin mənşə ölkəsini nəzərə almadan ötən il ərzində Gürcüstandan idxal olunan (göndərən ölkə Gürcüstan) malların dəyəri 1 088 milyon ABŞ dolları təşkil edib. Bu idxalın 962 milyon ABŞ dolları dəyərində malların mənşə ölkəsi Almaniya, Yaponiya, Türkiyə, ABŞ və digər ölkələr olduğuna görə rəsmi statistikada həmin ölkələrdən Azərbaycana idxal olunmuş malların dəyərinə əlavə edilib.

Eyni zamanda, ixrac və idxal qiymətləri arasında yaranan qiymət fərqləri (məsələn, nəqliyyat, sığorta və s.), ixrac və idxal üzrə hesabat ilinin fərqli olması (məsələn, bir ölkədən dekabr ayının sonlarına təsadüf edən ixracın növbəti ilin əvvəlində digər ölkədə idxal olunaraq qeydiyyata alınması) və bu kimi digər amillər də xarici ticarət dövriyyələri arasında fərqin yaranmasına gətirib çıxarır.

Təcrübədə güzgülü statistikanın aparılması üçün (statistik məlumatların tutuşdurulması məqsədilə) qarşılıqlı razılaşma əsasında ölkələrin gömrük xidmətləri arasında işçi görüşlər keçirilir.

Azərbaycanın gömrük xidməti də öz növbəsində bu növ təcrübədən istifadə edir.

2023-cü il üzrə Azərbaycan Respublikası və Gürcüstan arasında idxal-ixrac əməliyyatları haqqında məlumat

Statistik dəyər (mln ABŞ dol. ilə)

   Gürcüstanın

     ixracı

Azərbaycanın idxalı (mənşə ölkəsi üzrə)

Azərbaycanın idxalı (göndərən ölkə üzrə)

Fərq

(mənşə ölkəsi üzrə)

Fərq (göndərən ölkə üzrə)

862

126

1 088

736

-226

 

  Gürcüstanın idxalı

Azərbaycanın ixracı

Fərq

654

759

-106



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi