lider-media.az

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

Baxış: 160 Tarix: 25-04-2024, 15:58

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir. TÜRKPA bu əməkdaşlığa önəm verir. Ümid edirəm ki, bu görüş Türk dünyasında parlamentlərarası əlaqələrin güclənməsində yeni bir mərhələnin başlanğıcı olacaq.

Lider-media.az xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er aprelin 25-də Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasında səsləndirib.

O, çıxışında parlamentlərin çağdaş dövrdə beynəlxalq əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edib, parlament diplomatiyasının xarici diplomatiyanı dəstəkləyən çevik mexanizm olduğunu diqqətə çatdırıb.

“Dünyada baş verən siyasi hadisələr, yeni çağırışlar və təhdidlər dövründə parlament diplomatiyasının üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda, parlamentlər sülh və təhlükəsizliyinin təmin edilməsində olduqca əhəmiyyətli rola malikdir. Parlamentarilərin beynəlxalq təşkilatlarda təmsil olunması həyata keçirilən təcrübə və mübadilələr dövlətlərarası əməkdaşlığa mühüm töhfə verir”, - deyə Mehmet Süreyya Er bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi