lider-media.az

Gürcüstan Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayır

Baxış: 284 Tarix: 22-04-2024, 21:24

“Gürcüstan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sərhədin delimitasiyası prosesinin başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır”.

Lider-media.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşımda qeyd olunub.

Paylaşımda deyilir: “Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək öhdəliyini bir daha təsdiq edir”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi