lider-media.az

Qızıl medal qazanan gimnast: Azərbaycan xalqına təşəkkür edirəm

Baxış: 367 Tarix: 21-04-2024, 20:06

Qızıl medal qazanan gimnast: Azərbaycan xalqına təşəkkür edirəm


"Çıxışımdan çox razı qaldım".

Lider-media.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutan Daria Varfolomeyev deyib.

Almaniyanı təmsil edən idmançı birinci yeri tutduğu üçün xoşbəxt olduğunu bildirib: "Çıxışımdan çox razı qaldım. Hər şey istədiyim kimi oldu. Almaniyaya qızıl medalla qayıdıram. Bundan daha yaxşısı ola bilməzdi. İnanıram ki, gələcəkdə bu cür nəticələrimi təkrarlayacağam".

Lentlə hərəkətlərdə birinci yerin sahibi olan gimnast təşkilatçılıqdan razı qaldığını söyləyib: "Hər şey möhtəşəm idi. Azərbaycanlı azarkeşlərin bizi dəstəkləməsi fantastik hisslər idi. Buna görə xalqınıza təşəkkür edirəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi