lider-media.az

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub

Baxış: 149 Tarix: 7-03-2024, 21:13

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Milli Gimnastika Arenasında keçirilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, hər il respublikamızda gimnastika növləri üzrə keçirilən mötəbər yarışlar və qazanılan nailiyyətlər Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmanın bu növünün inkişafına verdiyi önəmin nəticəsidir. Nazir bu yarışın Azərbaycanda idman gimnastikasının inkişafında və təbliğində əhəmiyyətli rol oynayacağına, idmançıların təcrübə əldə etmələrinə şərait yaradacağına inandığını diqqətə çatdırıb.

Sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 300-dək kişi və qadın gimnast qüvvəsini sınayacaq.

Dünya Kubokunda Azərbaycanı kişilərdə Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər), qadınlarda isə Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Dördgünlük yarışların yekununda, həmçinin ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi