lider-media.az

Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb

Baxış: 215 Tarix: 21-04-2024, 01:17

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun fərdi və qrup hərəkətləri proqramı üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Lider-media.az xəbər verir ki, çoxnövçülükdə Almaniyanı təmsil edən dünya çempionu Daria Varfolomeyev qızıl, bolqarıstanlı Elvira Krasnobaeva gümüş, digər dünya çempionu italiyalı Sofiya Raffaeli isə bürünc medal qazanıb.

Üç lent və iki topla qrup hərəkətlərində isə İspaniya komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, İtaliya komandası ikinci yeri tutub. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət Azərbaycan komandası isə 69.050 xal toplayaraq bürünc mükafata sahib çıxıb.

Qaliblərə medalları gənclər və idman nazirinin müavini Mariana Vasilyeva və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.

Bununla da Dünya Kubokunun ikinci gününə yekun vurulub. Yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi