lider-media.az

Türkiyə İsrail və İranı gərginliyin münaqişəyə çevrilməsindən çəkinməyə çağırıb

Baxış: 440 Tarix: 20-04-2024, 00:51

Türkiyə İsrail və İranı aralarında gərginliyin daimi münaqişəyə çevrilməsinə gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırıb.

Lider-media.az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

“İsrailin Dəməşqdəki İran səfirliyinin konsulluğuna qanunsuz hücumu ilə başlayan gərginliyin daimi münaqişəyə çevrilmə riski var. Türkiyə hadisələri yaxından izləyir. Biz bütün tərəfləri münaqişənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”, - Türkiyə XİN bəyan edib.

Bəyanatda həmçinin qeyd olunub ki, beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada münaqişəyə son qoymaq və müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə davamlı sülhü təmin etmək olmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi