lider-media.az

18 Aprel - dünyada “Tarixi Abidələrin Mühafizəsi günü”

Baxış: 9 Tarix: 18-04-2025, 10:25

UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında 18 aprel- Tarixi Abidələrin Mühafizəsi Günü olunur. Bu günün qeyd olunmasında əsas məqsəd — dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub.  Hər il aprelin 18-də

Azərbaycan da məhz bu qədim tarixə, qədim  mədəniyyətə malik ölkələrdəndir. Qalalarımız - Qobustan, Cavanşir, Gülüstan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Əlincə, Gələrsən-görərsən; məqbərələrimiz-Yusif ibn Küseyr, Möminə Xatun, Olcaytu Xudabəndə; dini ibadətgahlarımız - Cümə məscidi, Təzəpir məscidi, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi; nadir memarlıq abidələrimiz -  Şirvanşahlar, Həşt-behişt (“Səkkiz Cənnət”), Şəki xan sarayı, İrəvan Sərdar sarayı. Bütün bu abidələr Azərbaycanın qədim tarixindən, maddi-mədəniyyətindən xəbər verir.

Qarabağda zəngin tariximizə aid olan yüzlərlə tarixi, arxeoloji abidələrimiz var. Bu yüzlərlə tarixi abidələrimizdən biri də dünyanın ən qədim insan yaşayan məskənlərindən olan Azıx və Tağlar mağaralarıdır. Azərbaycan Milli Ordusu, Ali Baş Komandan İlham Əliyevin apardığı 44 günlük müharibə nəticəsində Azıx və Tağlar mağaraları, həmçinin işğal altında olan digər ərazilərimiz - Qarabağımız işğaldan azad olundu.

UNESCO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış mədəniyyət nümunələri - 1981-ci ildə Parisdə “İnsan muzeyi”ndə sərgidə “Avropanın ilk sakinləri” adı ilə nümayiş etdirilmişdir.

Möminə Xatun, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı  və s. bu kimi orta əsrlərə aid olan abidələr həm Şərq, həm də dünya memarlığının ən gözəl, ən parlaq incilərindəndir.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, “İçərişəhər” memarlıq kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş, Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasına daxil edilmişdir.

“Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.

Ulu öndər Heydər Əliyev

Tarixi mədəniyyət abidələrimizin qorunması, gələcək nəsillərə çatdırılması yönündə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Dövlətinin başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyevanın həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarında həyata keçirdikləri böyük, əvəzolunmaz işlər hər bir kəs üçün ən gözəl, ən düzgün örnəkdir.

Milli Azərbaycan Tarixi Muzeyi ölkə prezidentinin qayğısı və diqqəti ilə bu gün Azərbaycanın önəmli elmi-mədəni ocağına çevrilmişdir. Hal-hazırda muzeyin ekspozisiyası həm zəngin tarixi materiallarına görə, həm də elmi-texniki təchizatına görə ən məşhur muzeylərin ekspozisiyası ilə eyni səviyyədədir. Muzeyin binası məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin özünün və ailəsinin yaşayış evi olmuşdur. Tağıyev sarayı Bakının ən böyük tarixi abidələrindəndir.

Xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyevin “Qızlar məktəbi” elmin, təhsilin inkişafında mühüm rol oynamışdır.

dünyanın müxtəlif yerlərində tədbirlər, konfranslar, dəyirmi masalar və qəzet məqalələrinə daxil olan müxtəlif fəaliyyət növləri keçirilir.

Azərbaycan Respublikası 2002-ci ildə  Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında- Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli,“İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli,“Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli,“Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyətlidir.

Azərbaycan da məhz bu qədim tarixə, qədim  mədəniyyətə malik ölkələrdəndir. Qalalarımız - Qobustan, Cavanşir, Gülüstan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Əlincə, Gələrsən-görərsən; məqbərələrimiz-Yusif ibn Küseyr, Möminə Xatun, Olcaytu Xudabəndə; dini ibadətgahlarımız - Cümə məscidi, Təzəpir məscidi, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi; nadir memarlıq abidələrimiz -  Şirvanşahlar, Həşt-behişt (“Səkkiz Cənnət”), Şəki xan sarayı, İrəvan Sərdar sarayı. Bütün bu abidələr Azərbaycanın qədim tarixindən, maddi-mədəniyyətindən xəbər verir.

Qarabağda zəngin tariximizə aid olan yüzlərlə tarixi, arxeoloji abidələrimiz var. Bu yüzlərlə tarixi abidələrimizdən biri də dünyanın ən qədim insan yaşayan məskənlərindən olan Azıx və Tağlar mağaralarıdır. Azərbaycan Milli Ordusu, Ali Baş Komandan İlham Əliyevin apardığı 44 günlük müharibə nəticəsində Azıx və Tağlar mağaraları, həmçinin işğal altında olan digər ərazilərimiz - Qarabağımız işğaldan azad olundu.

UNESCO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış mədəniyyət nümunələri - 1981-ci ildə Parisdə “İnsan muzeyi”ndə sərgidə “Avropanın ilk sakinləri” adı ilə nümayiş etdirilmişdir. Möminə Xatun, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı  və s. bu kimi orta əsrlərə aid olan abidələr həm Şərq, həm də dünya memarlığının ən gözəl, ən parlaq incilərindəndir.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, “İçərişəhər” memarlıq kompleksi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş, Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasına daxil edilmişdir.

“Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.

Ulu öndər Heydər Əliyev

Tarixi mədəniyyət abidələrimizin qorunması, gələcək nəsillərə çatdırılması yönündə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Dövlətinin başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyevanın həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarında həyata keçirdikləri böyük, əvəzolunmaz işlər hər bir kəs üçün ən gözəl, ən düzgün örnəkdir. Milli Azərbaycan Tarixi Muzeyi ölkə prezidentinin qayğısı və diqqəti ilə bu gün Azərbaycanın önəmli elmi-mədəni ocağına çevrilmişdir. Hal-hazırda muzeyin ekspozisiyası həm zəngin tarixi materiallarına görə, həm də elmi-texniki təchizatına görə ən məşhur muzeylərin ekspozisiyası ilə eyni səviyyədədir. Muzeyin binası məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin özünün və ailəsinin yaşayış evi olmuşdur. Tağıyev sarayı Bakının ən böyük tarixi abidələrindəndir. Xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyevin “Qızlar məktəbi” elmin, təhsilin inkişafında mühüm rol oynamışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi