lider-media.az

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

Baxış: 148 Tarix: Сегодня, 15:28

esas-muttefiqiniz-mehriban-xanimdir

“44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hər zaman - lap gənc vaxtınızdan Sizinlə məşğul olurdu”.

Bu sözləri Xalq rəssamı Fərhad Xəlilov bu gün Prezident İlham Əliyev tərəfindən ona “İstiqlal” ordeni təqdim edilərkən bildirib.

“Sizin şəxsiyyətinizə olan məhəbbətim hədsizdir. Ona görə də mən Sizə cansağlığı arzu edirəm. Siz çox gözəl görünürsünüz. Əsas müttəfiqiniz Mehriban xanımdır. Sizin bir yerdə olmağınız, bir-birinizi tamamlayan bu tandem doğrudan da təbiətdən gələn bir məsələdir. Sizə, gözəl övladlarınıza cansağlığı arzulayıram”, - deyə o qeyd edib.

Leyla Əliyevanın yaradıcılığından da söz açan, onun əsərlərinin böyük maraqla qarşılandığını bildirən Fərhad Xəlilov deyib: “Biz Leyla xanımla Aşqabadda idik, orada səmimi dedim ki, mənim ən çox xoşuma gələn işlər bunlardır. O, doğrudan da çox gözəl əsərlər yaradır. Leyla xanım orada çıxış etdi, məhəbbət haqqında, sevgi haqqında çox gözəl, sadə danışdı. Fantastik danışdı! Əsərlərini də göstərdi. Arzu xanıma, Heydərə cansağlığı, uğurlar. Mən bu gün Sizinlə görüşümə çox şadam ki, sizi belə gümrah, belə yaxşı formada görürəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi