lider-media.az

AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Baxış: 165 Tarix: Сегодня, 09:21

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev oktyabrın 22-də Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Zərdab rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Vətəndaşların müraciətləri əsasən yeni subsidiya qaydalarına uygun olaraq heyvandarlıq təsərrüfatlarının inkişafına dəstək göstərilməsi, işlə təmin olunma, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin ətraflı araşdırılması, aidiyyəti üzrə yönləndirilməsi və Agentliyin səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafı istiqamətində imzalanmış sərəncam və qərarların aqrar sahənin davamlı inkişafına, kənd təsərrüfatı istehsalçılarının fəaliyyət imkanlarının genişləndirilməsinə və rifah halının yaxşılaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Sonra Sərdar Hacıyev Zərdab rayonunun Pərvanlı kəndində fermer  Mahmudov Əşrəf Yusif oğlunun heyvandarlıq təsərrüfatına, həmçinin Aşağı Seyidlər kəndində Məmmədov Eldəniz Seyidəmir oğlunun taxılçılıq təsərrüfatına baxış keçirib. Görüşlər zamanı pivot suvarma altında olan ərzaqlıq buğda sahələrində həyata keçirilən aqrotexniki tədbirlər, həmçinin heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma, bəslənmə və yemlənmə şəraiti ilə bağlı fermerlərlə fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri barədə fermerlərə ətraflı məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi