lider-media.az

“Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi təşkil olunacaq 

Baxış: 115 Tarix: Сегодня, 12:27


 

Oktyabrın 26-da Bakıda Türkiyə Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr olunan “Çanaqqaladan Bakıya – Ortaq Mədəniyyət” sərgisi  açılacaq.

Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə təşkil olunan sərginin açılışı saat Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.
Sərginin təşkilində məqsəd Türkiyə ilə Azərbaycan arasında ortaq tarixi və mədəni dəyərlərin təbliğinə, xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin sənət vasitəsilə daha da möhkəmlənməsinə töhfə verməkdir. 

Layihə Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların sənət vasitəsilə təbliğini, iki qardaş ölkənin ortaq mədəni irsinin tanıdılmasını və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsini hədəfləyir.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Ezine Kaymakamlığı, Çanaqqala On Səkkiz Mart Universiteti, Ezine Bələdiyyəsi, Geyikli Bələdiyyəsi, Ezine Xalq Təhsili Mərkəzi, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Şamaxı Yaradıcılıq Mərkəzi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının iştirakı ilə təşkil olunur.

Qeyd edək ki, sərginin açılışı oktyabrın 26-da saat 17:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi