lider-media.az

Bakıda Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaraya həsr olunmuş konfrans keçiriləcək

Baxış: 104 Tarix: Сегодня, 17:55


Oktyabrın 28-də Bakıda “Cümhuriyyətin Paytaxtı Ankara: Türk Kimliyi, Aidiyyət və Məkan” mövzusunda konfrans keçiriləcək.

Tədbir Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. 
Konfransın təşkilində məqsəd Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafına, ortaq tarixi və mədəni dəyərlərin daha geniş auditoriyaya çatdırılmasına töhfə verməkdir. 

Azərbaycan Milli İncəsənət Muzeyində reallaşaq tədbirdə professor Leyla Alpagut məruzə ilə çıxış edəcək.

Konfransda Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaranın tarixi və memarlıq inkişafı, şəhərin müasir Türkiyənin milli kimliyinin formalaşmasındakı rolu, aidiyyət hissi ilə məkan arasındakı əlaqələr müzakirə olunacaq.

Tədbir Ankaranın yalnız inzibati mərkəz kimi deyil, həm də Türkiyə Cümhuriyyətinin quruluş fəlsəfəsini, milli kimliyini və müasir dövlətçilik anlayışını əks etdirən tarixi-mədəni məkan kimi öyrənilməsinə töhfə verməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, tədbir oktyabrın 28-də saat 12:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi