lider-media.az

Diplomat: İşğal dövrünün ağır nəticələrinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla normallaşdırma prosesinin təşəbbüskarı olub

Baxış: 291 Tarix: 27-01-2024, 15:05


44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri xalqımızın birliyinin, həmrəyliyinin və möhkəm iradəsinin təzahürü oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Diplomat deyib: “Qırx dörd günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri ölkəmiz üçün çətin məqamda Ali Baş Komandanın ətrafında birləşən xalqımızın birliyinin, həmrəyliyinin və möhkəm iradəsinin təzahürü oldu. Əlbəttə, döyüş meydanında böyük hərbi məharət nümayiş etdirən rəşadətli Ordumuzun ən yüksək peşəkarlığını da qeyd etmək istəyirəm”.

Səfir vurğulayıb ki, işğal dövrünün ağır nəticələrinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla beş baza prinsipinə, o cümlədən iki dövlətin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması və onlara hörmət edilməsinə əsaslanan normallaşdırma prosesinin təşəbbüskarı olub.

P.Bülbüloğlu əlavə edib ki, Qarabağın işğaldan azad edilməsi şəxsən onun üçün “müstəsna, dərin həyəcan doğuran hadisədir”. O vurğulayıb: “Mən əslən Qarabağdanam, atam gözəl Şuşada doğulub və bu şəhərdə onun həyat və yaradıcılığına həsr olunmuş Ev-muzeyi qısa müddətdə bərpa edilərək fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi