lider-media.az

COP29-un loqosu ictimaiyyətə təqdim olunub

Tarix: 15-04-2024, 14:04

COP29-un loqosu ictimaiyyətə təqdim olunub

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub.

Lider-media.az xəbər verir ki, tədbirdə COP 29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyıtinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, COP-un İqlim üzrə gənclər çempionu Leyla Nəsənova iştirak edib.

Tədbirdə COP29-un loqosu ictimaiyyətə təqdim olunub.

 COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova loqo bərədə danışıb.

O qeyd edib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.

Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Bunların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özlüyündə beş fərqli elementi ehtiva edir - flora və fauna, hava və külək, su, enerji və kainat. Loqo iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi