Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Lider-Media.az-a bildirilib ki, çıxış zamanı konstruktiv fikir mübadiləsi və qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlərin müzakirəsi platforması kimi MDB-nin rolu və əhəmiyyəti vurğulanıb.
MDB üzv dövlətləri ilə iqtisadiyyat, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya istiqamətləri üzrə həyata keçirilən fəal əməkdaşlıqdan bəhs olunub.
Bu xüsusda, 2023-cü ildə Azərbaycan ilə MDB üzv dövlətləri arasında ticarətdəki müsbət dinamikanın ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndiyinin göstəricisi olduğu diqqətə çatdırılıb.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə MDB üzv dövlətləri ilə beynəlxalq bazarlar arasında tranzit-nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş rolunu oynadığı bildirilib. Bu imkanların daha da təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən dəmir yollarının modernizasiyası, Ələt beynəlxalq dəniz ticarət limanının potensialının genişləndirilməsi, Ələt azad iqtisadi zonasının inkişafı istiqamətində aparılan aktiv fəaliyyətlərdən bəhs olunub.
MDB üzv dövlətləri arasında qarşılıqlı inam və anlaşmanın, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsində humanitar sahə üzrə əməkdaşlıq və mübadilələrin rolunun danılmaz olduğu qeyd edilib.
MDB-nin təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, idman və gənclər sahələri üzrə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq üçün uğurlu format olduğu diqqətə çatdırılıb.
Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcəyi xatırlanıb və bu məqsədlə ölkəmizdə aparılan aktiv hazırlıq işlərindən danışılıb. Eyni zamanda, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu hüququ əldə edilməsi məqsədilə Azərbaycanın Laçın şəhərinin namizədliyinin irəli sürüldüyü qeyd edilib.
2025-ci ildə İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümü ilə əlaqədar qəbul edilmiş müvafiq tədbirlər planının Azərbaycan tərəfindən dəstəkləndiyi bildirilib, ölkəmizin sözügedən qələbənin qazanılmasına verdiyi önəmli töhfədən danışılıb.
Cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində ölkəmizdə aparılan hazırlıq işlərindən bəhs olunub. COP29-un Azərbaycanda təşkilinin, həmçinin MDB çərçivəsində yaşıl enerjiyə keçid məqsədli səylərin gücləndirilməsinə və bu sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə dair əminlik ifadə olunub.
Bir daha MDB-nin üzv dövlətlər arasında əməkdaşlıq mexanizmi kimi rolu qeyd edilib və iclasın işinin məhsuldar olacağına ümidvarlıq ifadə olunub.

Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası plenar sessiyalarla davam edib
Baş Prokurorluqda “Prokurorluq orqanları tərəfindən 2023-cü ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair” Geniş Kollegiya iclası keçirilib
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Ahılların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
Bir gün biz də onların yerində olacağıq
Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır
Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir
Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir
AQEM Media Forumunun iştirakçılarına
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
Oktyabrın 1-də gözlənilən hava şəraiti
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Ana dilimiz – milli varlığımızın və dövlətçilik ənənələrimizin səsi
Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər