Basketbol Liqası: "Sərhədçi" ardıcıl üçüncü qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasının XII turunun üçüncü oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Sərhədçi"ni qəbul edib.
Pley-off uğrunda mübarizə aparan "Sumqayıt" və "Sərhədçi" klublarının matçında qonaqlar 91-63 hesablı rahat qələbə qazanıblar.
Baş məşqçi Evren Alkayanın gəlişindən sonra bu, sərhədçilərin ardıcıl üçüncü qələbəsi olub. Bu nəticədən sonra "Sərhədçi" pley-off zonasına qoşulub.
Görüşün ən məhsuldar basketbolçuları "Sumqayıt"ın oyunçusu Cey Mörl (17 xal, 4 ribaund) və "Sərhədçi"nin basketbolçusu Troy Kraknel (16 xal, 5 ribaund) olublar.
Qeyd edək ki, XII turun son oyunları ("Gəncə" -"NTD-İndiqo", "Şəki" - "Neftçi") yanvarın 27-28-də baş tutacaq.