lider-media.az

Tayvandakı zəlzələdə ölənlərin sayı 10-a çatıb

Baxış: 257 Tarix: 5-04-2024, 10:28

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı artıbTayvan yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 1106 nəfər xəsarət alıb.

Lider-Media.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Mərkəzinin hesabatında qeyd edilib.

Yenilənmiş məlumatlara görə, 705 nəfər çətin relyefə malik ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır.

Qeyd edək ki, aprelin 3-də yerli vaxtla saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi