lider-media.az

Tayvanda 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan edilib

Baxış: 488 Tarix: 3-04-2024, 11:29

Tayvanda 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan edilib

Tayvan adasında 7,3 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında qeydə alınıb.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib. Dənizdə dalğanın hündürlüyünün 3 metrə çatacağı proqnozlaşdırılıb. Əhaliyə sığınacaqlarda yerləşmə tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi