lider-media.az

Kəlbəcər və Ağdərədə ermənilərin tərk etdiyi mövqelərdə 8 ədəd zenit topu aşkarlanıb

Baxış: 414 Tarix: 30-03-2024, 18:08

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lider-Media.az-a verilən məlumata görə, Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkarlanıb.

Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi