lider-media.az

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Baxış: 380 Tarix: 29-03-2024, 17:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın əvvəlində ABŞ prezidenti Cozef Baydenlə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək.

Türkiyənin Prezident Administrasiyası məlumatı təsdiqləyib. Beləliklə, bu, dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra Cozef Baydenin Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə ilk ikitərəfli görüşü olacaq.

Qeyd edək ki, son zamanlar iki ölkə arasında münasibətlər bir sıra məsələlərə görə gərginləşib. Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyü barədə sənədin ratifikasiyasını gecikdirməsi Vaşinqtonda narazılıq yaradıb. Türkiyə isə öz növbəsində Birləşmiş Ştatları Suriyanın şimalında PKK/PYG qruplaşmasına dəstək göstərməkdə ittiham edir. Qəzza müharibəsi isə Ankara və Vaşinqton arasında ciddi fikir ayrılığına səbəb olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi