lider-media.az

Növbəti hərracda 41 nəqliyyat vasitəsi satılıb

Baxış: 329 Tarix: 30-01-2025, 15:50

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 28 yanvar tarixində keçirilən hərracda 4 lot üzrə 41 nəqliyyat vasitəsi satılıb.
Hərraca çıxarılan əmlaklara 32 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 46.100 manat olan lot üzrə 19 nəqliyyat vasitəsi 100.000 manata satılıb. Digər lot üzrə 15 nəqliyyat vasitəsinin start qiyməti 35.200 olsa da, son təklif 52.000 manata yüksəlib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki bit.ly/40Ah581 vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər   


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi