lider-media.az

Əlvida, can Azərbaycan

Baxış: 104 Tarix: 30-01-2025, 11:55

azerbaycana-bu-sozlerle-vida-etdi

Diplomatik fəaliyyətini başa vuran Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı “X” hesabında Azərbaycanla bağlı vida paylaşımı edib.

Paylaşımda deyilir:

“Əlvida, can Azərbaycan!

 Əlvida, gəncliyimizin hüznü, yumruğumuzu qaldıran türkün azadlıq hayqırtısı, Qarabağ!

Əlvida, qəlbimizin ağrısı, qələbə sevincimizin göz yaşı Xocalı!

Əlvida Bülbülün, Üzeyir Hacıbəylinin, Vaqifin və Xan qızı Natəvanın şəhəri, Qarabağın incisi Şuşa!

Əlvida, zəfəri salamlayan Cıdır düzünün xarıbülbülləri!

Əlvida, Nizami Gəncəvinin, Əhməd Cavadın və Nuri Paşanın, istiqlal odunu yandıran şəhər Gəncə!

Əlvida, dağların qoynunda tarix və ipək qoxuyan şəhər Şəki!

Əlvida, almalar diyarı Quba!

Əlvida, çaya adını verən şəhər Lənkəran!

Əlvida, çörək qoxan küçələri və tut ağacları ilə İçərişəhər!

Əlvida, xeyriyyə təşkilatının ustası, kasıbların, yetimlərin, şəhid yaxınlarının və xəstələrin dayaq əli Zeynalabdin Tağıyev!

Əlvida, dənizlərin və Xəzərin bəzəyi qağayılar!

Əlvida, Şəhriyarın tarı, Alim Qasımovun muğamı!

Birlikdə çörək kəsdiyim, çay içdiyim dostlarım, sizə də əlvida!

Sizə xoşbəxtlik və gözəl günlər arzu edirəm! Duz və çörək haqqı adına haqlarınızı halal edin!

Uca Allah qardaşlığımızı, birliyimizi, həmrəyliyimizi daimi etsin. Salam olsun bizə və Allahın bütün yaxşı bəndələrinə.

Əlvida, əziz dostlar, əlvida, can Azərbaycan!”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi