lider-media.az

Baş prokuror: Prokurorluq orqanları tərəfindən 75,3 milyon manatdan artıq məbləğdə ziyan ödətdirilib

Baxış: 125 Tarix: 27-01-2025, 10:09

“Ötən il 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub”.Bu barədə Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Baş prokuror bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi