lider-media.az

Azərbaycan Respublikasının Qanunu

Tarix: 19-12-2024, 19:50

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:




Maddə 1. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12 (Cild I); 2024, № 6 (I kitab), maddə 636, № 8, maddə 934) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 17-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar.”;

1.2. 20-ci maddənin birinci hissəsinə “müəyyən edilmir” sözlərindən sonra “və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul edilirlər” sözləri əlavə edilsin;

1.3. 32-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Gömrük orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti araşdırma qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.”;

1.4. aşağıdakı məzmunda 33-1-ci maddə əlavə edilsin:

“33-1. Gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.”;

1.5. 58-ci maddə aşağıdakı redaksiyada verilsin:

“58. Gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.”.

Maddə 2. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 5.4-2-ci maddə əlavə edilsin:

“5.4-2. Prokurorluğa qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilmir və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul edilirlər.”;

2.2. 18.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“18.9. Prokurorluq orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların prokurorluq orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər prokurorluq orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri prokurorluq orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq rütbə verilir.”;

2.3. 32.5-ci maddə ləğv edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453 (Cild I); 2024, № 8, maddə 934) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 26-cı maddəyə “müəyyən edilmir” sözlərindən sonra “və həmin şəxslər daxili işlər orqanlarında daimi xidmətə qəbul edilirlər” sözləri əlavə edilsin;

3.2. 40-cı maddənin birinci cümləsinə “əlaqədar” sözündən sonra “və ya attestasiyanın nəticələrinə görə” sözləri əlavə edilsin;

3.3. 59-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“59-1. Daxili işlər orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların daxili işlər orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər daxili işlər orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri daxili işlər orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.”;

3.4. aşağıdakı məzmunda 71-1-ci maddə əlavə edilsin:

“71-1. Daxili işlər orqanlarının sərəncamında olan, həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən əməkdaş vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.”;

3.5. 135-ci maddənin birinci hissəsinin 6-cı bəndində “4” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 217 (Cild I); 2024, № 7 maddə 749) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”nin 3.1.7-ci maddəsində “və diplomatik rütbələrin ixtisas dərəcələri ilə” sözləri “, diplomatik rütbələrin və ixtisas dərəcələrinin” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586 (Cild I); 2024, № 5 (I kitab) maddə 502) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4.1-ci maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin;

5.2. 6.5-ci maddədə “üçün habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda” sözləri “, dövlət notariusu vəzifəsinə təyin olunan, habelə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxslər üçün” sözləri ilə əvəz edilsin və həmin maddəyə “müəyyən edilmir” sözlərindən sonra “və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, ədliyyə orqanlarında daimi qulluğa qəbul edilirlər” sözləri əlavə edilsin;

5.3. 12.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.”;

5.4. 18.5-ci və 20.3-cü maddələr ləğv edilsin;

5.5. 21.13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“21.13. Ədliyyə orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir.”;

5.6. aşağıdakı məzmunda 21.23-1-ci maddə əlavə edilsin:

“21.23-1. Ədliyyə orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün qulluq müddəti əvvəlki xüsusi rütbədə qulluq müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.”;

5.7. 23.9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“23.9. Bu Qanunun 23.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Qanunun 40.1.4-cü, 40.1.5-ci, 40.1.7-ci və ya 40.1.10-cu maddələrinə əsasən, yaxud pensiyaya çıxması ilə bağlı öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir.”;

5.8. 36.8-ci maddənin üçüncü cümləsində və 40.1.5-ci maddədə “dörd” sözü “altı” sözü ilə əvəz edilsin;

5.9. aşağıdakı məzmunda 40.1.2-1-ci maddə əlavə edilsin:

“40.1.2-1. stajorluq və ya sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə;”.

Maddə 6. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 972 (Cild I) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 21-ci maddəsində “üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda” sözləri “, dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxslər üçün” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 714 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4.1-ci maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin;

7.2. 6.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sınaq müddətini müvəffəqiyyətlə keçməmiş işçinin qulluq keçməsinə bu Qanuna uyğun olaraq xitam verilir.”;

7.3. 6.5-ci maddədə “üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda” sözləri “, dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxslər üçün” sözləri ilə əvəz edilsin və həmin maddəyə “müəyyən edilmir” sözlərindən sonra “və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, fövqəladə hallar orqanlarında daimi qulluğa qəbul edilirlər” sözləri əlavə edilsin;

7.4. 12.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir.”;

7.5. 13.9-cu maddənin ikinci hissəsinin ikinci cümləsində və 33.1.5-ci maddədə “dörd” sözü “altı” sözü ilə əvəz edilsin;

7.6. 19.1-ci maddə üzrə:

7.6.1. birinci cümlə çıxarılsın;

7.6.2. ikinci cümlədən “Həmin orqanlardan və” sözləri çıxarılsın və həmin cümlədə “xüsusi (hərbi)” sözləri “hərbi” sözü ilə əvəz edilsin;

7.7. 20.2-ci maddə ləğv edilsin;

7.8. 21.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

“21.15. Fövqəladə hallar orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların fövqəladə hallar orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər fövqəladə hallar orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir.”;

7.9. aşağıdakı məzmunda 21.25-1-ci və 33.1.2-1-ci maddələr əlavə edilsin:

“21.25-1. Fövqəladə hallar orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti yoxlama nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.”;

“33.1.2-1. sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2024-cü il 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi