lider-media.az

Azərbaycan Prezidenti İlham Əliyevin səfəri Vyetnam mediasında geniş işıqlandırılıb

Baxış: 1230 Tarix: 20-11-2026, 16:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri bu ölkənin aparıcı dövlət informasiya agentliklərinin, partiya nəşrlərinin, teleradio şirkətlərinin və xəbər portallarının diqqət mərkəzində qalmaqdadır. Portallar dövlətimizin başçısının Vyetnamın rəhbər şəxsləri ilə danışıqları, görüşləri, eləcə də ikitərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri ilə bağlı çoxsaylı məlumatlar yayırlar.

Mərkəzi partiya qəzeti “Nyan Zan”, Vyetnam Kommunist Partiyasının elektron portalı “dangcongsan.vn”, parlamentin rəsmi nəşri “Xalq nümayəndələri”, “Vyetnamın səsi” radiostansiyası, Vyetnam İnformasiya Agentliyi, “Vietnam.vn” portalı və "Báo Mới" xəbər aqreqatoru Prezident İlham Əliyevin Hanoyda parlament binasında Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşü barədə geniş xəbərlər və fotoreportajlar dərc ediblər. Materiallarda iki dövlət arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün parlamentlərarası dialoqun əhəmiyyəti vurğulanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi